DÜNYA


Güclü yağış Tbilisinin bəzi küçələrində problemlər yaradıb

Tbilisi, 1 may, AZƏRTAC

Aramsız və güclü yağan yağışlar Gürcüstanın paytaxtı Tbilisidə ciddi problemlər yaradıb.

AZƏRTAC xəbər verir ki, paytaxtın Didi Digimi rayonunda küçələri su basıb, piyadaların hərəkəti iflic olub. Bəzi yerlərdə sel suları avtomobilləri yoldan çıxarıb. Sosial və ictimai iaşə obyektlərinə, eləcə də evlərin birinci mərtəbələrinə su dolub.

Hazırda rayona və insanlara dəymiş ziyanın miqdarı dəqiqləşdirilir.

Qeyd edək ki, Gürcüstan ərazisində yağan dolu və güclü yağışlar bölgələrdə də ciddi problemlər yaradıb. Kaxeti bölgəsində kənd təsərrüfatı sahələrinə ciddi ziyan dəyib.

Güclü külək bəzi evlərin və sosial obyektlərin dam örtüyünü uçurdub.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.