REGİONLAR


Güclü yağış Xaçmaz rayonunda bir sıra fəsadlar törədib

Xaçmaz, 16 noyabr, Elxan Yusifli, AZƏRTAC

Noyabrın 15-dən başlayan güclü yağış Xaçmaz rayonunda bir sıra fəsadlar yaradıb.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, güclü yağış səbəbindən yaranan sel suları Xaçmaz şəhərinin bəzi küçələrində evlərin zirzəmilərinə dolub, həyətyanı sahələri su basıb. Yollarda yaranan su gölməçələri avtomobillərin hərəkətində çətinliklər yaradıb. Rayonun bəzi yaşayış məntəqələrində elektrik enerjisinin verilişində müvəqqəti məhdudiyyətlər yaranıb.

Sakinlərin həyətlərinə dolan suyun çəkilməsi üçün həmin ərazilərə texnika cəlb olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.