REGİONLAR


Güclü yağış Xaçmazda 800-dən çox evə və təsərrüfata ziyan vurub VİDEO

Xaçmaz, 17 noyabr, Elxan Yusifli, AZƏRTAC

Xaçmaz rayonunda güclü yağış nəticəsində yaranan sel suları 800-dən çox evə və təsərrüfata ziyan vurub.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, sel suları Xaçmaz şəhərinin bəzi küçələrində evlərin zirzəmilərinə və alt mərtəbələrinə dolub, həyətyanı sahələri su basıb.

Rayon Fövqəladə hallar komissiyasının sədri Bəxtiyar Osmanov bildirib ki, selin fəsadları ilə bağlı müraciətlərin 700-ə yaxını şəhər sakinlərindəndir. İndiyədək 100-dən çox ev və həyətdən sel suları xüsusi nasoslar vasitəsilə çəkilib. Güclü yağış rayonun elektrik təchizatında da ciddi problemlər yaradıb. Rayon ərazisinin 80 faizində elektrik enerjisinin verilişində müvəqqəti məhdudiyyətlər yaranıb. Yollarda yaranan su gölməçələri avtomobillərin hərəkətində çətinliklər yaradıb, bəzi ərazilərdə hasarlar uçub.

Hazırda rayonun əlaqədar təşkilatları selin fəsadlarının aradan qaldırılması üçün səfərbər olunub, sakinlərin həyətlərinə dolan suyun çəkilməsi üçün həmin ərazilərə texnika cəlb edilib.

Noyabrın 15-i axşam saatlarından başlayan leysan xarakterli yağış ayın 16-sı gün boyu yağmaqda davam edib. Sakinlər son illərdə rayon ərazisində belə güclü yağışın yağmasını müşahidə etmədiklərini bildirirlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.