DÜNYA


Güclü yağış nəticəsində Yunanıstanda yüzlərlə binanı su basıb, nəqliyyat iflic olub

Afina, 15 oktyabr, AZƏRTAC

Güclü yağış səbəbindən Yunanıstanın paytaxtı Afinada və digər şəhərlərdə yüzlərlə binanı su basıb, nəqliyyat iflic olub, maşınlar yollarda qalıb. Paytaxtın yanğınsöndürmə xidmətinə evlərdən su çəkmək üçün 300-dən çox müraciət edilib.

Mülki müdafiə və iqlim dəyişikliyi naziri Xristos Stilianidisin sözlərinə görə, xilasedicilər Korfunun şimal-qərbindəki ucqar bölgələrdə insanları çıxarmaq üçün vertolyotlardan istifadə edirlər.

Hökumət qəzaların qarşısını almaq üçün zərər çəkmiş bölgələrdə yaşayanların mobil telefonlarına yunan və ingilis dillərində xəbərdarlıq siqnalları göndərir.

İqbal Hacıyev

AZƏRTAC-ın xüsusi müxbiri

Afina

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.