DÜNYA


Güclü yağışlar Cakartada böyük fəsadlar törədib

Tokio, 22 fevral, AZƏRTAC

İndoneziya paytaxtına və böyük Cakartanın ətraf rayonlarına yağan leysan yağışları güclü daşqınlara səbəb olub. Nəticədə bütün paytaxt rayonunda nəqliyyatın hərəkəti dayanıb.

AZƏRTAC “The Jakarta Post” qəzetinə istinadla xəbər verir ki, daşqınlar nəticəsində paytaxtın minlərlə sakini sığınacaqlara yerləşməyə məcbur olub və onların evlərinə nə vaxt qayıdacağını demək çətindir.

Təbii Fəlakətlərin Qarşısının Alınması Agentliyinin yaydığı məlumata görə, paytaxtın 200-dən çox yaşayış məhəlləsi su altında qalıb, 1361 nəfər öz evlərini tərk etmək məcburiyyətindədir. Şərqi və Cənubi Cakartaya daha böyük ziyan dəydiyi, bu ərazilərdə suyun səviyyəsinin 0,4 metrdən 2,5 metrə qədər qalxdığı bildirilir.

Bununla yanaşı, “PLN” dövlət elektrik şirkəti Cakartanın bir neçə rayonunda və Qərbi Yava əyalətində elektrik enerjisi verilişini dayandırıb. Qəza vəziyyətinin aradan qaldırılmasına şirkətin 6 mindən çox əməkdaşı cəlb edilib.

Daşqınlar nəticəsində Cakartanın nəqliyyat sisteminin sıradan çıxdığı, bir sıra ödənişli yollarda hərəkətin dayandığı bildirilir. Qatarların hərəkətində fasilələr yaranıb, bəzi stansiyalar su altında qalıb.

Vəziyyəti ağırlaşdıran digər cəhət daşqınların Cakartada COVID-19 virusuna yoluxma hallarının sürətlə artdığı bir dövrə təsadüf etməsidir.

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.