DÜNYA


Güclü yağışlar Yaponiyanın Yamaqata prefekturasında ciddi fəsadlar törədib

Tokio, 29 iyul, AZƏRTAC

Güclü yağışlar Yaponiyanın şimal-şərqində yerləşən Yamaqata prefekturasında ciddi fəsadlar törədib. Məcrasından çıxan Moqami çayı ətraf əraziləri su altında qoyub.

AZƏRTAC Yaponiya Meteorologiya Agentliyinə istinadla xəbər verir ki, qeyri-sabit hava şəraiti iyulun 28-də prefektura ərazisində rekord yağıntının düşməsinə səbəb olub. Bildirilir ki, iyulun 28-29-da səhər saatlarında Oyşida şəhərinin üç rayonunda və Okura kəndində çayın daşması müşahidə edilib.

Yerli hakimiyyət orqanları əhalini maksimum ehtiyatlı olmağa, təxliyə barədə xəbərdarlıqları diqqətlə izləməyə çağırıb.

Yaponiya ərazisində yağışlar fəslinin davam etməsi nəticəsində iyulun 29-da böyük bir ərazidə hava şəraitinin qeyri-sabit qalacağı bildirilir.

Eyni zamanda, Tohoku regionunun şimal-şərq hissəsində günorta saatlarına güclü yağışlar proqnozlaşdırılır.

 

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.