DÜNYA
Güclü zəlzələ Yunanıstanın Lesbos adasını silkələyib
Bakı, 12 iyun, AZƏRTAC
Güclü zəlzələ Yunanıstanın Lesbos adasında bir neçə evi dağıdıb. Bunu yerli sakinlər bildiriblər.
AZƏRTAC RİA Novosti informasiya agentliyinə istinadla xəbər verir ki, zəlzələdən ən çox adanın cənubundakı Plomari şəhəri ziyan çəkib. Dağıntılar məhz burada qeydə alınıb, bir qadın yaralanıb. Lakin hələlik hakimiyyət orqanlarından bu barədə dəqiq məlumat alınmayıb.
Afina milli rəsədxanasının məlumatına görə, maqnitudası 6,1 bal olan zəlzələ Yunanıstanın şərqində Lesbos və Xios adaları arasında qeydə alınıb. Sonra 4,8 bal gücündə afterşok və bir neçə zəif təkan baş verib.
Xatırladaq ki, eyni vaxtda Türkiyənin Egey dənizi sahillərində 6,2 bal gücündə zəlzələ olub. Yeraltı təkanlar İstanbul, İzmir, Çanaqqala, Manisa və Balıkesirdə hiss edilib. Dağıntı və tələfat barədə hələlik məlumat verilmir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.04.2024 [21:15]
Rusiya Prezidenti son 12 ildə BAM-ın gücünün üç dəfə artdığını açıqlayıb
- 23.04.2024 [17:56]
“Reuters”: İlon Maskın “SpaceX” şirkətində xəsarət alan işçilərin sayı artır
- 23.04.2024 [17:54]
Çexiya cəmiyyəti avroya keçməyə hazırdır?
- 23.04.2024 [16:50]
Cibuti sahillərində miqrant qayığının batması nəticəsində 16 nəfər ölüb
- 23.04.2024 [16:47]
Alimlər heyvanlarda şüuru tanıyan bəyannamə imzalayıblar
- 23.04.2024 [16:43]
Latviya məktəblərində rus dilinin tədrisi dayandırılacaq
- 23.04.2024 [16:33]
Türkiyə Prezidenti müxtəlif ölkələrdən Ankaraya gələn uşaqlarla görüşüb
- 23.04.2024 [16:16]
Britaniya Ukraynaya ən böyük hərbi yardım paketini elan edəcək
- 23.04.2024 [16:14]