İQTİSADİYYAT


Gücü 150 kilovatadək olan tikinti obyektlərinin işlərinə nəzarət etmək məqsədilə 19 Texniki Şura yaradılıb

Bakı, 18 avqust, AZƏRTAC

Sahibkarların tələb olunan gücü 150 kilovata qədər (150 kilovat da daxil olmaqla mövcud 0,4 kilovatlıq şəbəkədən) olan mövcud və ya inşa ediləcək tikinti obyektlərinin elektrik enerjisi (gücü) alması üçün texniki şərtlərin, layihə sənədlərinin verilməsi, habelə enerji təchizatı şəbəkəsinə qoşulması ilə bağlı işlərin həyata keçirilməsinə nəzarət etmək məqsədilə 19 Texniki Şura yaradılıb.

Enerji Məsələlərini Tənzimləmə Agentliyindən AZƏRTAC-a bildirilib ki, sözügedən Şuraların fəaliyyət göstərdiyi xidmət mərkəzləri: “ASAN xidmət” mərkəzləri - Sumqayıt, Gəncə, Sabirabad, İmişli, Masallı, Quba, Qəbələ, Bərdə, Mingəçevir, Şəki, Şamaxı, Kürdəmir, Tovuz, Ağcabədi, Balakən; “ASAN Kommunal” mərkəzləri - 1 saylı Bakı “ASAN Kommunal” mərkəzi və 2 saylı Bakı “ASAN Kommunal” mərkəzi; KOB evi - Xaçmaz, Yevlaxda yerləşir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.