MƏDƏNİYYƏT
Gülarə Əzimzadə: Bu layihə nəticəsində 5 ay ərzində prodüserlik peşəsinin sirlərini dərindən mənimsədik
Bakı, 3 oktyabr, Emil Məlikov, AZƏRTAC
“INTERACT Film Lab" layihəsinə "Paxlava-jaket" filmi ilə qatılmışam. Məlumdur ki, 1993-cü ildə erməni işğalçıları tərəfindən Kəlbəcərdə faciəvi hadisələr baş verdi və həmin faciədə çox sayda günahsız insanlar ailələrini, övladlarını itirdilər. Biz bu layihədə həmin məsələlərə toxunmuşuq.
Bunu AZƏRTAC-a açıqlamasında "INTERACT Film Lab" təlim layihəsinin iştirakçısı Gülarə Əzimzadə bildirib.
“Biz 5 ay ərzində prodüserlik peşəsinin sirlərini dərindən mənimsəmişik. Əsasən də pitçinq etməyi, təqdimatlar hazırlamaq qaydasını, texnika və aktyorlarla iş, ümumiyyətlə çəkiliş komandası barədə və digər məsələlər barədə məhz bu layihədə təcrübələr qazanmışıq. Öyrəndiklərimiz bizə müstəqil şəkildə istənilən hekayəni ssenariləşdirərək film çəkməyə imkan verir. Buna görə də bu layihə təşkilatçılarına öz təşəkkürümü bildirirəm".