REGİONLAR
Gülçəmən Süleymanova: Düşmənə elə zərbə vuruldu ki, çətin bir də ayağa qalxa
Xaçmaz, 10 noyabr, Elxan Yusifli, AZƏRTAC
Bütün şəhid anaları qarşısında baş əyirəm. Allah haqq yolunda savaşıb şəhid olan hərbçilərimizə rəhmət eləsin. Bu günün sevincinə görə onlara borcluyuq. Bizi bu möhtəşəm qələbəyə günbəgün yaxınlaşdıran Ali Baş Komandanımız İlham Əliyevə minnətdaram. Prezidentimiz qalib ordunun sərkərdəsi kimi tarix yazdı. Biz bu günləri yüz illər sonra da xatırlayacayıq. Otuz il ərzində arzuladığımız Vətən torpaqlarına qovuşduq.
Bu fikirləri AZƏRTAC-ın bölgə müxbirinə müsahibəsində Xaçmaz şəhər sakini Gülçəmən Süleymanova söyləyib.
G.Süleymanova şad xəbəri televizorda dinləyəndə göz yaşlarını saxlaya bilməyib: “Düşmən üzərində qələbə xəbərini eşitməyin xoşbəxtliyini hələ uzun müddət yaşayacağam. Biz heç vaxt müharibə istəməmişik. Amma bizi buna məcbur etdilər. Ordumuz qüdrətini göstərib, düşmənə elə zərbə vurdu ki, bir də çətin ayağa qalxa bilər. Qalib əsgərləri bağrıma basıram, onlar bizim başımızı uca etdi. Eşq olsun Azərbaycana!