İDMAN


Güləş hakimləri üçün iclas keçirilib

Bakı, 18 yanvar, AZƏRTAC

Yanvarın 18-də Azərbaycan Güləş Federasiyasının (AGF) inzibati binasında hakimlər üçün iclas keçirilib.

AGF-dən AZƏRTAC-a bildiriblər ki, Hakimlər Kollegiyasının sədri Qərib Əliyev və federasiyanın idman şöbəsinin müdiri Yaqub Məmmədovun rəhbərliyi altında baş tutan tədbirin əvvəlində bu yaxınlarda beynəlxalq kateqoriya alan Cəlal Bahadurov və Əli Babayevə vəsiqələri təqdim olunub. Onlarla birgə III dərəcəyə sahib çıxan Həbib Nurulu üzrlü səbəbdən yığıncaqda iştirak etmədiyindən beynəlxalq hakim vəsiqəsini daha sonra əldə edəcək.

İclasda çıxış edən Q.Əliyev hakimlərə müxtəlif məsələlərlə bağlı irad və tövsiyələrini çatdırdıqdan sonra qarşıdan gələn zona yarışlarında və Bakı birinciliyində, eləcə də müxtəlif beynəlxalq turnirlərdə ədaləti qoruyacaq hakimlərin adlarını açıqlayıb.

Eyni zamanda referilər də bəzi təkliflər irəli sürüb və bu təkliflərin AGF rəhbərliyinə çatdırılacağı bildirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.