İDMAN


Güləş üzrə Azərbaycan millisi dünya çempionatına Türkiyə yığması ilə birlikdə hazırlaşır

Bakı, 10 oktyabr, AZƏRTAC 

Qadın güləşçilərdən ibarət Azərbaycan yığması İstanbulda təlim-məşq toplanışını davam etdirir.

Azərbaycan Güləş Federasiyasından AZƏRTAC-a bildiriblər ki, oktyabrın 20-dək davam edəcək hazırlıq prosesi Türkiyə millisi ilə birlikdə keçirilir. Baş məşqçi Aslan Ağayev və məşqçi Rövşən Umudov heyətdə yer alan 9 güləşçi ilə bu həftə yüklənmə rejimində məşqləri davam etdirir. İdmançılarımız gündə iki dəfə məşq edirlər. Gələn həftədən isə hazırlıq prosesi yüngülləşəcək və gündə bir məşq olacaq.

Qeyd edək ki, təlim-məşq toplanışı oktyabrın 20-dən 28-dək Macarıstanın paytaxtı Budapeştdə təşkil olunacaq dünya çempionatına hazırlıq xarakteri daşıyır.

Qadınlar oktyabrın 22-25-də yarışacaqlar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.