İDMAN


Güləş üzrə dünya çempionatının ilk günündə Azərbaycanın dörd idmançısı mübarizə aparıb

Bakı, 21 avqust, AZƏRTAC 

Bu gün Fransanın paytaxtı Parisdə güləş üzrə dünya çempionatı start götürüb.

İlk yarış günündə 71, 75, 85 və 98 kiloqram çəki dərəcələrində yunan-Roma güləşçiləri mübarizəyə qoşulublar.

AZƏRTAC xəbər verir ki, 85 kiloqram çəki dərəcəsində mübarizə aparan İslam Abbasov Peru və Yaponiyadan olan rəqiblərini mübarizədən kənarlaşdırsa da, dörddəbir finalda Almaniya təmsilçisinə uduzub. Rəqibin finala yüksəlməsi ilə təsəlliverici görüşdə iştirak edən güləşçimiz burada Kuba idmançısı ilə qarşılaşmanı üstün tamamlayıb. İ.Abbasov bürünc medal uğrunda mübarizədə İran idmançısına məğlub olaraq mübarizəni dayandırıb.

Digər təmsilçilərimizdən 71 kiloqramda Rəsul Çunayev üçüncü təsəlliverici görüşdə İran güləşçisinə, Həsən Əliyev (75 kq) yaponiyalı rəqibinə, Orxan Nuriyev (98 kq) isə Fransa idmançısına məğlub olaraq mübarizəni dayandırıblar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.