Güləş üzrə yoldaşlıq görüşünün qalibi “Naxçıvan” komandası olub
AzerTAg.az
Şahbuz, 5 avqust, AZƏRTAC
Şahbuz rayon 1 nömrəli tam orta məktəbin idman zalında dostluq və idman əlaqələrinin gücləndirilməsi məqsədilə “Naxçıvan” və “Şahbuz” komandaları arasında sərbəst güləş üzrə yoldaşlıq görüşü keçirilib.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Güləş Federasiyası, Naxçıvan Şəhər və Şahbuz Rayon Gənclər və İdman idarələri və Uşaq-Gənclər İdman məktəblərinin birgə təşkil etdiyi yoldaşlıq görüşündə 11 çəki dərəcəsi üzrə 22 idmançı mübarizə aparıb.
Dünya Güləş Birliyinin mövcud qaydalarına əsasən keçirilən yoldaşlıq görüşünün yekun nəticəsinə əsasən “Naxçıvan” komandası 7:4 hesabı ilə qalib gəlib.
Sonda fərqlənən idmançılar təşkilatçıların diplom və fəxri fərmanları ilə mükafatlandırılıblar.

Xəbərin mətnində orfoqrafik səhv var