İDMAN
Güləş yarışlarının axşam seansı: İki idmançımız qızıl, iki atletimiz isə bürünc medal uğrunda
Bakı, 17 may, S.Allahverdiyeva, H.Mahmudova, AZƏRTAC
IV İslam Həmrəyliyi Oyunlarının Heydər Əliyev adına İdman Arenasında keçirilən güləş yarışlarının axşam seansına start verilib.
AZƏRTAC xəbər verir ki, yarışlarda sərbəst, yunan-Roma və qadın güləşi üzrə Azərbaycan yığma komandaları mübarizə aparır. Yarışların ilk günündə yunan-Roma güləşi üzrə 59, 71, 80 və 98 kiloqram çəki dərəcəsində idmançılar mübarizə aparıblar.
Azərbaycanın iki təmsilçisi - Rafiq Hüseynov və Orxan Nuriyev qızıl medal uğrunda döyüşə çıxacaqlar.
Yarışda 80 kiloqram çəki dərəcəsində mübarizə aparan Rafiq Hüseynovun həlledici görüşdə rəqibi İran güləşçisi Yousif Qaderian olacaq.
Orxan Nuriyev (98 kq) isə bu mərhələdə qırğızıstanlı Uzur Juzupbekov ilə qarşılaşacaq.
Bürünc medal uğrunda isə xalça üzərinə Murad Məmmədov (59 kq) və Rəsul Çunayev (71 kq) çıxacaqlar. Murad Məmmədov İordaniya təmsilçisi Mostafa Alqadenin, Rəsul Çunayev isə türkiyəli İlker Sönmezin müqaviməti qırmağa çalışacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 24.04.2024 [17:06]
Azərbaycan avarçəkəni Türkiyədə iki medal qazanıb
- 24.04.2024 [16:52]
Region Liqası: Final oyununun yeri və başlama saatı açıqlanıb
- 24.04.2024 [14:51]
NBA-da müntəzəm mövsümün ən yaxşı oyunçusu bəlli olub
- 24.04.2024 [14:14]
Azərbaycan avarçəkənləri lisenziya turnirində iştirak edəcəklər
- 24.04.2024 [13:54]
Azərbaycan tennisçisi beynəlxalq yarışda medal qazanıb
- 24.04.2024 [12:54]
“Azərreyl”in voleybolçusu: Fantastik mövsüm və gözəl sonluq oldu
- 24.04.2024 [12:30]
“Neftçi”nin iki futbolçusu “Qarabağ”la matçı buraxacaq
- 24.04.2024 [12:20]