İDMAN


Güləşçilərimiz “Alrosa” kuboku yarışlarında güclərini sınayacaqlar

Bakı, 30 noyabr, AZƏRTAC

Dekabrın 1-2-də Moskvada sərbəst və yunan-Roma güləşi üzrə ikiqat Olimpiya çempionu İvan Yarıginin xatirəsinə “Alrosa” kuboku yarışları keçiriləcək.

Azərbaycan Güləş Federasiyasından AZƏRTAC-a bildiriblər ki, “Dinamo” İdman Sarayında təşkil olunacaq turnir Olimpiya çəkilərində çıxış edən güləşçilərdən ibarət komanda yarışıdır.

Sərbəst güləşçilərin turnirində məşqçi Nazim Əlicanovun rəhbərliyi altında İslam Bazarqanov (57 kq), Ənvərbəy Dalqatov (65 kq), Hacımurad Ömərov (74 kq), Kənan Əliyev (86 kq), Roman Bəkirov (97 kq) və Rahid Həmidlidən (125 kq) ibarət komanda mübarizə aparacaq. Rəqiblər Rusiya, İran, Gürcüstan və Özbəkistan komandaları olacaq.

Yunan-Roma güləşi üzrə yığmamızın heyətində isə Ramiz Məmmədov (60 kq), Kərim Cəfərov (67 kq), İslambek Dadov (77 kq), Rafiq Hüseynov (87 kq), Zamir Məhəmmədov (97 kq) və Türmən Eyyubov (130 kq) yer alıblar. Onlar məşqçilər Turac Hüseynli və Zöhrab Abbasovun tapşırıqlarını icra edəcəklər. Rəqiblər Rusiya, Özbəkistan və Gürcüstandır.

Qeyd edək ki, görüşlərin idarə edilməsində ölkəmizi birinci dərəcəli beynəlxalq hakim Natiq Hacıyev təmsil edəcək.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.