İDMAN
Güləşçilərimiz Azərbaycan Ordusuna dəstək aksiyası keçirəcəklər
Bakı, 28 sentyabr, AZƏRTAC
Azərbaycanın ərazi bütövlüyü uğrunda mübarizədə peşəsindən asılı olmayaraq hər bir vətəndaşın üzərinə böyük məsuliyyət düşür. Hər birimiz bu və ya digər yolla ordumuza dəstək olmalıyıq. Azərbaycan Güləş Federasiyası da bu məsuliyyəti dərk edərək orduya dəstək məqsədilə qanvermə aksiyası keçirəcək.
Federasiyadan AZƏRTAC-a bildiriblər ki, sentyabrın 29-da Mərkəzi Hərbi Hospitalda federasiya rəsmiləri, məşqçilər və güləşçilər yaralı əsgər və zabitlərimiz üçün qan verəcəklər.