İDMAN


Güləşçilərimiz İslamiadada qızıl və bürünc medallar uğrunda mübarizə aparacaqlar

Konya, 11 avqust, Səxavət Quliyev, AZƏRTAC

Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarında Azərbaycanın sərbəst kişi və qadın güləşçiləri medal görüşlərinə çıxacaqlar.

AZƏRTAC xəbər verir ki, final mərhələsində İslam Bazarqanov (61 kq) Cahangirmirzə Turabov, Leyla Qurbanova (53 kq) Aktenqe Keunimjayeva (hər ikisi Özbəkistan), Gözəl Zutova (72 kq) Buse Çavuşoğlu (Türkiyə) ilə qızıl medal uğrunda mübarizə aparacaqlar.

Əsgər Məmmədəliyev (70 kq) Cəmşid Şərifov (Tacikistan), Tatyana Omelçenko (62 kq) Herlina Xarişma Tantri (İndoneziya), Hacımurad Ömərov (79 kq) Mehir Koşkinbayev, Osman Nurmaqomedov (92 kq) Abdimanap Baigenjeyev (hər ikisi Qazaxıstan) ilə bürünc medal uğrunda döyüşəcəklər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.