İDMAN


Güləşçilərimiz İstanbulda keçirilən beynəlxalq turnirin son günündə qızıl və bürünc medal qazanıblar

Bakı, 14 iyul, AZƏRTAC

Türkiyənin İstanbul şəhərində keçirilən Yaşar Doğunun xatirəsinə həsr olunan sərbəst və qadın güləşi üzrə beynəlxalq turnir sona yaxınlaşır.

AZƏRTAC xəbər verir ki, turnirin üçüncü günündə Azərbaycan yığmasının son beş üzvü mübarizəyə qoşulub. Pəhləvanlarımızdan Mahal Novruzov ilk görüşündə Türkiyə təmsilçisinə, digər idmançımız Murad Süleymanov isə komanda yoldaşı Aleksandr Qostiyevə uduzub. Sonra türkiyəli güləşçiyə qalib gələn A.Qostiyev yarımfinala yüksəlib. Slovakiya nümayəndəsini də məğlub edən Aleksandr finala vəsiqə qazanıb. İyulun 14-də hindistanlı rəqibindən də üstün olan yığma üzvü qızıl medala sahib olub.

Mübarizəyə dörddəbir finaldan qoşulan Şamil Zubairov da Türkiyə idmançısına qalib gələrək adını yarımfinala yazdırıb. Ancaq növbəti rəqibi olan ABŞ pəhləvanı gənc güləşçimiz üçün keçilməz olub.

Beləliklə Ş.Zubairov bürünc medal ilə kifayətlənib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.