İDMAN


Güləşçilərimiz Olimpiadaya Göygöldə hazırlaşırlar

Bakı, 24 iyun, AZƏRTAC

Tokio Olimpiadasının startına 1 aydan az vaxt qalıb. Varşavada keçirilən “Poland Open” turnirində çıxış edən güləşçilərimiz daha sonra ölkəmizə qayıdaraq növbəti təlim-məşq toplanışına start veriblər.

AZƏRTAC xəbər verir ki, hər 3 güləş növü üzrə yığmalarımız hazırda Göygöl Olimpiya İdman Kompleksində Tokio Olimpiadasına hazırlaşırlar. Dağlıq şəraitdə keçirilən təlim-məşq toplanışı əsasən fiziki hazırlıq üzərində qurulub.

Qeyd edək ki, hazırlıq prosesi iyulun əvvəlinədək davam edəcək. Olimpiada üçün sonuncu təlim-məşq prosesi taktiki-texniki çalışmalardan ibarət olacaq və Bakıda keçiriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.