İDMAN


Güləşçilərimiz Tokio Olimpiadasına son hazırlıq prosesini davam etdirirlər

Bakı, 24 iyul, AZƏRTAC

Hər üç güləş növü üzrə millilərimiz Tokio Olimpiadasına son hazırlıq prosesini davam etdirirlər.

AZƏRTAC Azərbaycan Güləş Federasiyasına istinadla xəbər verir ki, Olimpiya Güləş Mərkəzində gündə bir dəfə baş tutan məşqlərdə taktiki-texniki çalışmalar ön plandadır. Məşqçilər korpusu güləşçilərimizin Yaponiyaya optimal formada yollanmaları üçün böyük səylə çalışır, çatışmazlıqlar üzərində gərgin iş gedir.

Sərbəst güləşçilərimiz Olimpiada ərəfəsində yoxlama görüşləri keçiriblər. Məqsəd yarış ab-havasına düşməkdən ibarət olub. Olimpiyaçılarımız yerli güləşçilərlə yanaşı, sparrinq kimi ölkə xaricindən dəvət olunan pəhləvanlarla da qüvvələrini sınayıblar.

Qarşılaşmaları Hakimlər Kollegiyasının sədri Qərib Əliyevin rəhbərliyi altında beynəlxalq dərəcəli hakimlərimiz İntiqam Alıyev, Sədi Quliyev və Elman İsmayılov idarə ediblər.

Qeyd edək ki, komandalarımız “Tokio-2020”nin qaydalarına uyğun olaraq, iyulun 25-26-da COVID-19 testindən keçəcəklər. Güləşçilərimiz iyulun 27-də saat 16:45-də Bakı-İstanbul-Tokio marşrutu üzrə Yaponiyaya yollanacaqlar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.