İDMAN


Güləşçilərimiz xatirə turnirində güclərini sınayacaqlar

Güləşçilərimiz xatirə turnirində güclərini sınayacaqlar

Bakı, 1 mart, AZƏRTAC

Martın 2-də Bolqarıstanın paytaxtı Sofiyada güləş üzrə Dan Kolov və Nikola Petrovun xatirə turnirinə start veriləcək.

AZƏRTAC Azərbaycan Güləş Federasiyasına istinadla xəbər verir ki, martın 5-dək davam edəcək ənənəvi yarışda ölkəmizi 9 idmançı təmsil edəcək.

Sərbəst güləş üzrə yarışlarda məşqçilər Arif Abdullayev və Rövşən Hacıyevin rəhbərliyi altında İntiqam Vəlizadə (61 kq), Orxan Abasov, Abubakr Abakarov (hər ikisi 86 kq), İbrahim Yusubov (92 kq), Rahid Həmidli və Georgi Meşvildişvili (hər ikisi 125 kq) mübarizə aparacaqlar.

Qadın güləşi üzrə millimizin baş məşqçi əvəzi Rövşən Umudov 3 idmançının xidmətindən istifadə edəcək. Sofiyada Mariya Stadnik, Türkan Nəsirova (hər ikisi 50 kq) və Elis Manolova (62 kq) uğur qazanmağa çalışacaqlar.

Qeyd edək ki, III dərəcəli beynəlxalq hakim Elgün Məmmədov turnirdə ədaləti qoruyacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.