İDMAN


Güləşçimiz Alyona Kolesnik V İslam Həmrəyliyi Oyunlarına qələbə ilə başlayıb

Konya, 10 avqust, Səxavət Quliyev, AZƏRTAC

Azərbaycanın qadın güləşçisi Alyona Kolesnik Türkiyənin Konya şəhərində təşkil olunan V İslam Həmrəyliyi Oyunlarına qələbə ilə başlayıb.

AZƏRTAC xəbər verir ki, Konya Texniki Universitetinin idman salonunda təşkil olunan yarışda 59 kiloqram çəki dərəcəsində çıxış edən “Bakı-2017” dördüncü İslam Həmrəyliyi Oyunlarının gümüş medalçısı ilk görüşdə Qazaxıstan təmsilçisi Dürdana Bekeş ilə qarşılaşıb. Təmsilçimiz rəqibini 12:0 hesabı ilə məğlub edərək növbəti mərhələyə adlayıb.

Beşinci İslam Həmrəyliyi Oyunları 2021-ci ilin sentyabrında keçirilməli idi. Daha sonra pandemiya ilə əlaqədar yarışa hazırlığın tam aparılması üçün oyunların 2022-ci ilə təxirə salınması məqsədəuyğun hesab olunmuşdu. İlk dəfə İslam Həmrəyliyi Oyunları Səudiyyə Ərəbistanında keçirilib. Dördüncü İslam Həmrəyliyi Oyunlarına Azərbaycan ev sahibliyi edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.