İDMAN


Güləşçimiz Camaləddin Məhəmmədov ermənistanlı idmançıya qalib gələrək Avropa çempionatında bürünc medal qazanıb

Bakı, 17 fevral, AZƏRTAC

Sərbəst güləşçimiz Camaləddin Məhəmmədov Romada keçirilən güləş üzrə Avropa çempionatının sonuncu günündə ermənistanlı idmançıya qalib gələrək fəxri kürsünün üçüncü pilləsinə qalxıb.

AZƏRTAC xəbər verir ki, 125 kiloqram çəki dərəcəsində çıxış edən Camaləddin Məhəmmədov əvvəlcə bosniyalı, sonra türkiyəli rəqibinə vaxtından əvvəl qalib gəlib. Lakin dörddəbir finalda Polşa güləşçisinə məğlub olub. Rəqib finaladək irəlilədiyi üçün C.Məhəmmədov mübarizəni fevralın 16-da davam etdirib. Təcrübəli güləşçimiz təsəlliverici görüşdə avstriyalı idmançıdan güclü olub. Bürünc medal uğrunda qarşılaşmada isə Ermənistan təmsilçisi Levan Berianidze ilə görüşdən sona dörd saniyə qalmış aldığı xalla qalib ayrılan idmançımız yarışı üçüncü pillədə başa vurub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.