İDMAN


Güləşçimiz Cəbrayıl Hacıyev Avropa çempionu olub

Bakı, 18 may, AZƏRTAC

Şimali Makedoniyanın paytaxtı Skopyedə 23 yaşadək güləşçilər arasında Avropa çempionatı davam edir.

AZƏRTAC xəbər verir ki, çempionatda 70 kiloqram çəki dərəcəsində çıxış edən sərbəst güləşçimiz Cəbrayıl Hacıyev Gürcüstan, İsveçrə və Rusiyadan olan rəqiblərinə qalib gələrək finala yüksəlib.

Moldova güləşçisi ilə gərgin idman mübarizəsi şəraitində keçən həlledici qarşılaşmadan da qalib ayrılan C.Hacıyev ilk dəfə qatıldığı U-23 Avropa çempionatının qızıl medalını qazanıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.