İDMAN


Güləşçimiz Cəbrayıl Həsənov üçqat Avropa çempionu olub

Bakı, 9 aprel, AZƏRTAC

Azərbaycanın sərbəst güləşçisi Cəbrayıl Həsənov Rumıniyanın paytaxtı Buxarestdə keçirilən Avropa çempionatında qızıl medal qazanıb.

AZƏRTAC xəbər verir ki, çempionatda 79 kiloqram çəki dərəcəsində mübarizə aparan güləşçimiz Gürcüstan, Almaniya və Belarusdan olan rəqiblərini məğlub edərək finala yüksəlib. Finalda güləşçimiz rusiyalı Ahmed Hacımaqomedov ilə qarşılaşmalı olsa da, rəqibin zədəsi üzündən həlledici görüşə çıxmasına icazə verilməyib.

C.Həsənov 2010-cu və 2011-ci illərdə də Avropa çempionu olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.