İDMAN


Güləşçimiz Eldəniz Əzizli qitə birinciliyini üçüncü pillədə başa vurub

Bakı, 24 aprel, AZƏRTAC

Polşanın paytaxtı Varşavada güləş üzrə Avropa çempionatı davam edir.

AZƏRTAC xəbər verir ki, yunan-Roma güləşçimiz Eldəniz Əzizli (55 kq) qitə birinciliyinə inamlı qələbə ilə start verib. Dünya və Avropa çempionumuz Bolqarıstan güləşçisi Nedyalko Petrovu elə ilk hissədə məğlubiyyətə uğradıb. Dörddəbir finala yüksələn güləşçimiz gürcüstanlı Nuqzari Tsurtsumiadan da üstün olub. Yarımfinalda idmançımız Rusiya təmsilçisi Emin Seferşaevə məğlub olub. Bürünc medal uğrunda xalça üzərinə çıxan güləşçimiz Fabian Şmittdən (Almaniya) üstüb olub və qitə birinciliyini üçüncü pillədə başa vurub.

Digər güləşçimiz Taleh Məmmədov (63 kq) qitə birinciliyinin finalında rusiyalı Cambolat Lokyayevə uduzaraq gümüş medalla kifayətlənib.

Qeyd edək ki, Avropa çempionatında sərbəst güləşçilərimizdən Turan Bayramov (70 kq) gümüş, Əfqan Xaşalov (57 kq), Əli Rəhimzadə (65 kq) və Osman Nurməhəmmədov (92 kq) bürünc medala sahib olublar. Qadın güləşçimiz Mariya Stadnik (50 kq) isə səkkizqat Avropa çempionu adını qazanıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.