İDMAN


Güləşçimiz Mariya Stadnik İsveçdə beynəlxalq turnirdə gümüş medal qazanıb

Bakı, 18 fevral, AZƏRTAC

İsveçin Klippan şəhərində qadın güləşi üzrə açıq beynəlxalq turnir keçirilib. Bu, qadın güləşçilərin reytinq xallarının hesablandığı ilk yarışdır.

Azərbaycan Güləş Federasiyasından AZƏRTAC-a bildiriblər ki, komandamızın lideri Mariya Stadnik turnirdə uğurla çıxış edib.

Əlli kiloqram çəki dərəcəsində mübarizə aparan təmsilçimiz Rumıniya, Kanada və ABŞ-dan olan rəqiblərini vaxtından əvvəl və tam üstünlüklə məğlub edib. Rəqiblərindən ümumilikdə 32 xal alan təmsilçimiz heç bir rəqibinə xal verməyib. Olimpiya Oyunlarının ikiqat gümüş və bürünc mükafatçısı, dünya və altıqat Avropa çempionu Mariya Stadnikin həlledici görüşdə rəqibi ötən ilki Asiya və dünya çempionu yaponiyalı Yui Susaki olub.

Gərgin keçən final qarşılaşmasında son saniyələrdə 2:1 hesabı ilə üstün olan Mariya Stadnik bu üstünlüyü qoruya bilməyib və qarşılaşma 2:2 hesabı ilə heç-heçə yekunlaşıb. Son xalı rəqib qazandığından qələbə rəqibə verilib və Mariya Stadnik turnirin gümüş medalına yiyələnib.

Qeyd edək ki, 2018-ci ilin təqvim planında nəzərdə tutulan qitə və dünya çempionatları ilə yanaşı, hər bir güləş növündə seçilmiş 4 turnirin nəticəsinə əsasən reytinq xalları hesablanacaq. Reytinq yarışlarında iştirakçıların sayı və güləşçilərin qazandığı nəticələr üzrə xallar toplanaraq sıralamanı müəyyənləşdirəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.