İDMAN


Güləşçimiz Mariya Stadnik “Poland Open” turnirində mübarizə aparacaq

Bakı, 5 sentyabr, AZƏRTAC

Sentyabrın 7-dən 9-dək Polşanın paytaxtı Varşavada Dünya Güləş Birliyinin (UWW) təqvim planına əsasən, “Qran-pri” seriyasından olan “Poland Open” turniri keçiriləcək.

AZƏRTAC xəbər verir ki, yarışda ölkəmizi qadınlardan ibarət yığmamızın kapitanı Mariya Stadnik (50 kq) təmsil edəcək. Üçqat Olimpiya medalçısı, dünya və 7 qat Avropa çempionu şəxsi məşqçisi Andrey Stadnikin rəhbərliyi altında Varşavada güləşəcək.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.