İDMAN
Güləşçimiz Mariya Stadnik “Poland Open” turnirinin finalına vəsiqə qazanıb
Bakı, 10 iyun, AZƏRTAC
Güləşçimiz Mariya Stadnik Polşanın paytaxtı Varşavada keçirilən “Poland Open” turnirinin finalına yüksəlib.
AZƏRTAC xəbər verir ki, turnirdə 50 kiloqram çəki dərəcəsində mübarizə aparan güləşçimiz M.Stadnik startda Rumıniya idmançısı Emiliya Alina Vuku tam üstünlüklə məğlub edib. Dörddəbir finalda ABŞ təmsilçisi Erin Qolston qadın güləşinin canlı əfsanəsi qarşısında cəmi 1 dəqiqə 18 saniyə duruş gətirə bilib. Yarımfinalda təmsilçimiz rusiyalı Mariya Tiumerekova ilə qarşılaşıb. Rəqibini məğlub edən M.Stadnik finala adlayıb. Onun rəqibi Ukrayna idmançısı Oksana Livaç olacaq.
Qeyd edək ki, turnirdə sərbəst güləşçilərimiz Hacı Əliyev (70 kq) və Hacımurad Hacıyev (74 kq) bürünc medal qazanıblar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 25.04.2024 [17:14]
Azərbaycan cüdoçusu Avropa çempionatının finalına vəsiqə qazanıb
- 25.04.2024 [17:01]
Əliyar Ağayev “Panatinaikos”un oyununa təyinat alıb
- 25.04.2024 [16:34]
Azərbaycanı Prezident Kubokunda təmsil edəcək taekvondoçular açıqlanıb
- 25.04.2024 [16:27]
Azərbaycanın bədii gimnastları beynəlxalq turnirində mübarizə aparacaqlar
- 25.04.2024 [16:22]
“Sabah”ın kapitanı: Hələ mövsümü özümüz üçün uğurlu adlandıra bilmərik
- 25.04.2024 [14:12]