İDMAN
Güləşçimiz Mariya Stadnik bu gün Avropa çempionatında final görüşünə çıxacaq
Bakı, 22 aprel, AZƏRTAC
Polşanın paytaxtı Varşavada güləş üzrə Avropa çempionatı davam edir.
AZƏRTAC xəbər verir ki, qadın güləşçimiz Mariya Stadnik (50 kq) yarışa qələbə ilə başlayıb. Millimizin lideri 1,5 illik fasilədən sonra güləş xalçasına inamlı qələbə ilə qayıdıb. Təcrübəli güləşçimiz Rusiya idmançısına heç bir şans tanımayıb və adını yarımfinala yazdırıb. Finala gedən yolda güləşçimizin rəqibi ukraynalı idmançı olub. Rəqibini məğlub edən M.Stadnik Avropa çempionatının finalına yüksəlib. Qızıl medal uğrunda görüşdə idmançımız bu gün Bolqarıstan təmsilçisi Miqlena Selişka ilə qarşılaşacaq.
Qeyd edək ki, Avropa çempionatında sərbəst güləşçilərimizdən Turan Bayramov (70 kq) gümüş, Əfqan Xaşalov (57 kq), Əli Rəhimzadə (65 kq) və Osman Nurməhəmmədov (92 kq) isə bürünc medala sahib olublar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.03.2024 [17:57]
AMADA-nın əməkdaşı WADA-nın vebinarında iştirak edib
- 28.03.2024 [17:11]
Premyer Liqa: Dörd oyuna hakim təyinatları açıqlanıb
- 28.03.2024 [17:09]
Azərbaycan ağırlıqqaldıranları üçün antidopinqlə bağlı seminar keçirilib
- 28.03.2024 [16:16]
Dünyanın futbol üzrə ən dəyərli “onbirliyi” açıqlanıb
- 28.03.2024 [14:22]