İDMAN


Güləşçimiz Mariya Stadnik səkkizqat Avropa çempionu olub

Bakı, 22 aprel, AZƏRTAC

Azərbaycan güləşçisi Mariya Stadnik səkkizqat Avropa çempionu olub.

AZƏRTAC xəbər verir ki, Polşanın paytaxtı Varşavada təşkil olunan Avropa çempionatında 50 kiloqram çəki dərəcəsində mübarizə aparan idmançımız 1,5 illik fasilədən sonra güləş xalçasına inamlı qələbə ilə qayıdıb. Təcrübəli güləşçimiz Rusiya idmançısına heç bir şans tanımayıb və adını yarımfinala yazdırıb. Finala gedən yolda güləşçimizin rəqibi ukraynalı idmançı olub. Rəqibini məğlub edən M.Stadnik Avropa çempionatının finalına yüksəlib. Aprelin 22-də qızıl medal uğrunda görüşdə idmançımız Bolqarıstan təmsilçisi Miqlena Selişkaya qalib gəlib və səkkizqat Avropa çempionu adına layiq görülüb.

Qeyd edək ki, Avropa çempionatında sərbəst güləşçilərimizdən Turan Bayramov (70 kq) gümüş, Əfqan Xaşalov (57 kq), Əli Rəhimzadə (65 kq) və Osman Nurməhəmmədov (92 kq) isə bürünc medala sahib olublar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.