İDMAN


Güləşçimiz Mariya Stadnikə qızıl medalı MOK-un baş katibi Azər Əliyev təqdim edib

Konya, 10 avqust, Səxavət Quliyev, AZƏRTAC

V İslam Həmrəyliyi Oyunlarının qadın güləşi yarışlarında 50 kiloqram çəki dərəcəsində qaliblərin mükafatlandırılması mərasimi keçirilib.

AZƏRTAC xəbər verir ki, Konya Texniki Universitetinin idman salonunda təşkil olunan yarışda mükafatları Azərbaycan Milli Olimpiya Komitəsinin (MOK) baş katibi Azər Əliyev təqdim edib.

Bu çəki dərəcəsində yarışın qalibi Azərbaycan güləşçisi Mariya Stadnik olub. Özbəkistan idmançısı Jasmina İmmaeva yarışı ikinci, Tunis güləşçisi Sarra Hamdi isə üçüncü pillədə başa vurublar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.