İDMAN


Güləşçimiz Nihad Məmmədli EYOF 2019-un bürünc medalına sahib olub

Bakı, 21 iyul, L.Qurbanova, G.Mahmudlu, AZƏRTAC

Heydər Əliyev adına İdman Sarayında keçirilən Avropa Gənclər Olimpiya Festivalında (EYOF) mübarizə aparan yunan-Roma güləşçilərimiz daha bir medal qazanıblar.

AZƏRTAC xəbər verir ki, Nihad Məmmədli (55 kq) bürünc medal uğrunda görüşdə türkiyəli Ateş Bekirə 9:0 hesabı ilə qalib gələrək üçüncü yeri tutub.

Bu çəki dərəcəsində qızıl medala Belarus təmsilçisi Hleb Makaranka, gümüş medala isə gürcüstanlı Romeo Beridze sahib olublar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.