İDMAN


Güləşçimiz Rafiq Hüseynov “Poland Open” turnirində üçüncü olub

Bakı, 13 iyun, AZƏRTAC

Polşanın paytaxtı Varşavada güləş üzrə "Poland Open" turniri davam edir.

AZƏRTAC xəbər verir ki, turnirdə 82 kiloqram çəki dərəcəsində iştirak edən yunan-Roma güləşçimiz Rafiq Hüseynov debütdə danimarkalı rəqibinə qalib gəlib. Həmyerlimiz yarımfinalda ukraynalı güləşçiyə minimal fərqlə məğlub olub. R.Hüseynov üçüncü yer uğrunda görüşdə Norveç idmançısına gücünü göstərib. İlk hissədə rəqibini "tuşe" ilə üstələyən R.Hüseynov bürünc medal qazanıb.

Qeyd edək ki, turnirdə sərbəst güləşçilərimiz Hacı Əliyev (70 kq) və Hacımurad Hacıyev (74 kq) bürünc, qadın güləşçimiz Mariya Stadnik (50 kq) isə qızıl medal qazanıblar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.