İDMAN


Güləşçimiz Rafiq Hüseynov erməni dünya çempionuna qalib gələrək finala yüksəlib

Bakı, 9 avqust, AZƏRTAC 

Tbilisidə Vaxtanq Balavadze və Givi Kartoziyanın xatirəsinə həsr olunmuş sərbəst və yunan-Roma güləşi üzrə Qran-Pri turniri davam edir.

AZƏRTAC xəbər verir ki, yarışların üçüncü günündə 86, 97, 125 kiloqram çəki dərəcələrində sərbəst və 82, 97 və 130 kiloqram çəki dərəcələrində yunan-Roma güləşçiləri mübarizəyə qoşulublar.

Səksən iki kiloqram çəki dərəcəsində çıxış edən yunan-Roma güləşçilərimizin hər ikisi yarımfinala yüksəlib. Rafiq Hüseynov Ermənistan təmsilçisi, dünya və Avropa çempionu Maksim Manukyana tam üstünlüklə - 9:1 hesabı ilə qalib gələrək finala vəsiqə qazanıb.

Elvin Mürsəliyev isə yarımfinalda uduzub. O, üçüncü yer uğrunda mübarizə aparacaq.

Pəhləvanlarımızdan Orxan Nuriyev (97 kq) də yarımfinalda dünya çempionu ilə qarşılaşıb. Gənc güləşçimiz fransalı Melonen Numonvini məğlub edərək finala yüksəlib. Yarımfinalda uduzan Beka Kandelaki (130 kq) isə bürünc medal uğrunda yarışacaq.

Sərbəst güləşçilərimizdən Hacımurad Məhəmmədsəidov (86 kq) adını finala yazdırıb.

Bu çəki dərəcələrində medal qarşılaşmaları avqustun 10-da keçiriləcək.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.