İDMAN


Güləşçimiz Taleh Məmmədov Xorvatiyada qızıl medal qazanıb

Güləşçimiz Taleh Məmmədov Xorvatiyada qızıl medal qazanıb

Bakı, 4 fevral, AZƏRTAC

Xorvatiyada keçirilən güləş üzrə “Zaqreb Open” turniri sona yaxınlaşır.

AZƏRTAC xəbər verir ki, yarışın 4-cü günündə - fevralın 4-də 3 güləşçimiz mübarizə aparıb. Yunan-Roma güləşçimiz Taleh Məmmədov (63 kq) ümidləri doğruldaraq fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Təcrübəli güləşçimiz keçirdiyi hər 3 görüşdə qalib gələrək qızıl medal qazanıb.

Qeyd edək ki, daha əvvəl sərbəst güləşçilərdən Əliabbas Rzazadə (57 kq) qızıl, Hacı Əliyev (70 kq) və Georgi Meşvildişvili (125 kq) gümüş, Cəbrayıl Qadjiyev (74 kq), Əli Rəhimzadə (65 kq), Xadjimurad Qadjiyev (70 kq), Osman Nurmaqomedov (92 kq), Maqomedxan Maqomedov (97 kq) bürünc medal əldə ediblər. Qadınlardan isə Alyona Kolesnik (59 kq) bürünc medala sahib çıxıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.