İDMAN


Güləşçimiz Zemfira Həşimova Avropa çempionatının yarımfinal mərhələsinə yüksəlib

Bakı, 17 iyun, AZƏRTAC

Bolqarıstanın Samokov şəhərində yeniyetmə güləşçilərin Avropa çempionatı davam edir.

AZƏRTAC xəbər verir ki, çempionatın dördüncü günündə - iyunun 17-də 40, 46, 53, 61 və 69 kiloqram çəki dərəcələrindı çıxış edən qızlar xalça üzərinə çıxıblar.

Mübarizəyə dörddəbir final mərhələsindən qoşulan güləşçimiz Zemfira Həşimova (46 kq) fransalı rəqibi Julyet Leskura “tuşe” ilə qalib gələrək adını yarımfinala yazdırıb. Güləşçimizin növbəti rəqibi Belarus təmsilçisi Svetlana Katenka olacaq.

Çempionatda 53 kiloqram çəki dərəcəsində mübarizə aparan Əsmər Canqurtaran qitə birinciliyinə inamlı start verib. Həmyerlimiz təsnifat mərhələsində cəmi 32 saniyəyə rumıniyalı Krişta Kafayı “tuşe” ilə üstələyib. Ancaq növbəti mərhələdə polşalı güləşçisi Nikola Drozdek məğlub olub.

Qeyd edək ki, sərbəst güləş üzrə Azərbaycan millisi Avropa çempionatında 3 gümüş və 1 bürünc medala sahib olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.