İDMAN


Güləşçimiz dünya çempionatında erməni rəqibini məğlub etməklə finala yüksəlib

Bakı, 19 avqust, AZƏRTAC

Yunan-Roma güləşçimiz Nihad Quluzadə (55 kq) U-20 dünya çempionatında uğurla çıxış edərək finala vəsiqə qazanıb.

AZƏRTAC xəbər verir ki, Bolqarıstanın paytaxtı Sofiyada keçirilən mundialda təmsilçimiz final uğrunda görüşdə ermənistanlı Karapet Manvelyanı 2:1 hesabı ilə məğlub edib.

Güləşçimiz qızıl medal uğrunda rumıniyalı Denis Florin Mihayla mübarizə aparacaq.

Qeyd edək ki, bu gün təmsilçilərimizdən Laçın Vəliyev (87 kq) yarımfinalda çıxış edəcək. Onun rəqibi iranlı Əbülfəzl Əli Çobani olacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.