İDMAN


Güləşçimiz erməni rəqibini məğlub edərək Avropa çempionatının yarımfinalına yüksəlib

Bakı, 18 may, AZƏRTAC

Şimali Makedoniyanın paytaxtı Skopyedə keçirilən 23 yaşadək güləşçilər arasında Avropa çempionatı davam edir.

AZƏRTAC xəbər verir ki, çempionatda 125 kiloqram çəki dərəcəsində mübarizə aparan sərbəst güləşçimiz Vahid Qalayev səkkizdəbir finalda Gürcüstan idmançısı Aleksi Jorjolianidən güclü olub. Azərbaycan pəhləvanı dörddəbir finalda Ermənistan təmsilçisi Hovannes Maqakyana 6:3 hesabı ilə qalib gələrək yarımfinala yüksəlib.

Avropa çempionatına mayın 23-də yekun vurulacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.