REGİONLAR


Gülgün Öztürk: Duzdağ Uca Yaradanın Naxçıvana bəxş etdiyi ən gözəl nemətdir

Naxçıvan, 20 oktyabr, AZƏRTAC

Eyni mədəniyyətin, dilin, oxşar adət-ənənələrin yaşadıldığı Naxçıvan diyarı, həqiqətən, insana doğmalıq hissi verir. Muxtar respublikaya ilk dəfədir ki, gəlməyimə baxmayaraq, burada ancaq səmimiyyət, qonaqpərvərlik gördüm.

Bu sözləri AZƏRTAC-ın Naxçıvan bürosuna müsahibəsində mühasiblərin və auditorların VII Avrasiya forumunun Türkiyədən olan təmsilçisi Gülgün Öztürk deyib.

Səfər çərçivəsində qədim diyarın tarixi abidələri ilə tanış olduqlarını bildirən qonaq vurğulayıb ki, Naxçıvan şəhərinə daxil olduğu andan ilk diqqətini cəlb edən məsələ şəhərin təmiz və sakit olması idi. Bununla yanaşı, bir-birindən maraqlı və fərqli dizaynda park və xiyabanların olması, hər tərəfdə abadlıq-quruculuq işlərinin aparılması da insanda xoş təəssüratlar yaradır.

“Burada adını çox eşitdiyim, səfər çərçivəsində tanış olduğum Duzdağ Uca Yaradanın Naxçıvana bəxş etdiyi ən gözəl nemətdir”, - deyən Gülgün Öztürk diqqətə çatdırıb ki, Duzdağ Fizioterapiya Mərkəzində bronxial astma, xroniki bronxit, bronxit, allergik rinit xəstəliklərinin təbii yolla müalicəsi möcüzədir. Buna görə də müxtəlif ölkələrdən gələn hər kəs digər insanlara da buranı tövsiyə edirlər. Bu da mərkəzin daha da inkişafına, muxtar respublikanın tanınmasına, turizm potensialının genişlənməsinə imkan verir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.