MƏDƏNİYYƏT


“Güllələnmiş heykəllər” abidəsi ziyarət olunub

Bakı, 18 sentyabr, AZƏRTAC

Milli Musiqi Günü münasibətilə sentyabrın 18-də Mədəniyyət Nazirliyinin nümayəndələri, tanınmış mədəniyyət və incəsənət xadimləri, musiqiçilər Milli İncəsənət Muzeyinin bağındakı “Güllələnmiş heykəllər” abidəsini ziyarət ediblər.

AZƏRTAC xəbər verir ki, Mədəniyyət nazirinin birinci müavini, Mədəniyyət nazirinin vəzifələrini müvəqqəti icra edən Anar Kərimov bir vaxtlar Üzeyir Hacıbəyli, Xurşidbanu Natəvan, Bülbülün ev muzeylərinin onların doğma şəhərləri olan Şuşada yerləşdiyini deyib: “Təəssüflər olsun ki, Ermənistanın Azərbaycanın tarixi torpaqlarımızın, o cümlədən musiqi beşiyi sayılan Şuşanın işğalı nəticəsində tarixi abidələrimiz dağıdılıb, ev muzeyləri qarət edilib. Bu heykəllər də Ermənistana köçürülüb, oradan satılmaq üçün Gürcüstana aparılıb”.

O vurğulayıb ki, azərbaycanlıların təşəbbüsü nəticəsində həmin heykəllər 1993-cü ildə alınaraq Azərbaycana qaytarılıb: “Bununla biz öz mirasımıza hörmət göstərmişik. Hazırda Azərbaycan Milli İncəsənət Muzeyinin həyətində nümayiş olunan bu heykəllərin üzərindəki güllə izləri də ermənilərin barbar, vəhşi xislətinin sübutudur. Lakin bizim tarixi torpaqlarımıza olan sevgimiz heç vaxt unudula bilməz. Arzu edirəm ki, bu heykəllər tez bir zamanda öz yerlərinə qaytarılacaq. Bu dahi şəxsiyyətlərin ev muzeyləri bərpa olunacaq”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.