REGİONLAR


Güllər Vəliyeva: Ölkəmizdə müəllim əməyinə həmişə yüksək qiymət verilib

Qax, 5 oktyabr, Mustafa Dadaşov, AZƏRTAC

Sevincimin həddi-hüdudu yoxdur. Prezident İlham Əliyevin dünən, oktyabrın 4-də imzaladığı Sərəncamla yüksək mükafata – “Əməkdar müəllim” fəxri adına layiq görülmüşəm. Fəxr edirəm ki, bu şərəfli adı daşıyan müəllimlərin arasında mən də varam. Bu, təkcə mənim əməyimə deyil, eyni zamanda, çalışdığım pedaqoji kollektivə, Qax təhsilinə verilən yüksək qiymətdir. Ümumiyyətlə, ölkəmizdə müəllim əməyinə həmişə yüksək qiymət verilib.

Bu sözləri AZƏRTAC-ın bölgə müxbirinə müsahibəsində Qax rayonu Qum kənd tam orta məktəbin direktoru, “Əməkdar müəllim” Güllər Vəliyeva deyib.

Fəxri ada layiq görüldüyünə görə dövlətimizin başçısına minnətdarlığını bildirən kənd məktəbinin direktoru bu etimadı doğrultmaq üçün daha da səylə çalışacağını vurğulayıb: “32 ildir ki, şagirdlərin təlim-tərbiyəsi ilə məşğul oluram. 15 ildən çoxdur pedaqoji kollektivə rəhbərlik edirəm. Uğurlarımız çoxdur. Məktəbimiz istər buraxılış, istərsə də ali məktəblərə qəbul imtahanlarında həmişə fərqlənib. Bu il məktəbimizi bitirən 12 məzundan 8-i ali məktəblərə daxil olub. Çalışacağam ki, bundan sonrakı fəaliyyətimdə də gənc nəslin vətənpərvər şəxsiyyət kimi formalaşmasına öz töhfəmi verim, bütün bilik və bacarığımı sərf edim”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.