İQTİSADİYYAT


Gülmira Rzayeva: Azərbaycanla Bolqarıstan arasında təbii qazın ixracı sahəsində əməkdaşlıq hər iki ölkəyə fayda gətirəcək VİDEO

Sofiya, 10 oktyabr, AZƏRTAC

Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin (SAM) aparıcı elmi işçisi Gülmira Rzayeva “Bloomberg TV Bolqarıstan” televiziya kanalında yayımlanan “Dünya biznesi” verilişinin qonağı olub. O deyib ki, Azərbaycanla Bolqarıstan arasında təbii qazın ixracı sahəsində əməkdaşlıq hər iki tərəf üçün faydalı olacaq.

Ekspert Bolqarıstanla Yunanıstanı birləşdirəcək interkonnektorun ölkədə qalan qaz ehtiyatlarının ixracına yeni imkanlar yaradacağı barədə danışıb. G.Rzayeva Bolqarıstanın regionda qazın ixracı və nəqli istiqamətində mərkəz statusunu əldə edə bilməsi ilə bağlı suala cavabında bildirib ki, bunun üçün böyük məbləğdə sərmayələrin qoyulması, infrastrukturun və qaz kəmərlərinin yaradılması tələb olunur. Bunun reallaşması üçün Bolqarıstan hökuməti, Avropa İttifaqı, digər ixracatçı ölkələr layihənin maliyyələşməsində iştirak etməlidirlər, amma təcrübə onu göstərir ki, ümumi qərar qəbul etmək adətən heç də asan olmur.

İqbal Hacıyev

AZƏRTAC-ın xüsusi müxbiri

Sofiya

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.