ELM VƏ TƏHSİL
Gülnar Kozqambayeva: Bakıda Qafqazşünasların Birinci Beynəlxalq Forumu yüksək səviyyədə keçir
Bakı, 19 aprel, AZƏRTAC
Bakıda Qafqazşünasların Birinci Beynəlxalq Forumu yüksək səviyyədə keçir. Foruma dünyanın müxtəlif ölkələrindən alimlər qatılıblar. Onlar plenar sessiyalarda çıxışlarında Qafqaz ərazisində problemlərə toxunaraq, onların həlli yollarını müzakirə ediblər. Qafqazın geosiyasi və coğrafi əhəmiyyəti barədə dəyərli informasiya mübadiləsi aparılıb.
Bu sözləri Əl-Fərabi adına Qazax Milli Universitetinin dosenti Gülnar Kozqambayeva Qafqazşünasların Birinci Beynəlxalq Forumu çərçivəsində AZƏRTAC-a müsahibəsində söyləyib.
O deyib: “İlk dəfədir Bakıdayam. Bakı müasir, gözəl və abad şəhərdir. Burada müasirliklə tarixi gözəllik vəhdət təşkil edir. Azərbaycan xalqı qonaqlara, əcnəbilərə mehribanlıqla və səmimiyyətlə yanaşır”.