CƏMİYYƏT


Gülnar Qurbanlı: “ASAP Forum 2022” tədbirindən gözləntilərim şəbəkələşmə, yeni tanışlıqlar və imkanların yaradılmasıdır VİDEO

Bakı, 28 iyul, AZƏRTAC

Mən Türkiyənin İstanbul şəhərinin Koç Universitetində biznesin idarə edilməsi fakültəsinin üçüncü kursunda təhsil alıram. “ASAP Forum 2022” tədbiri barədə mənə instaqram vasitəsilə dostlarımdan öyrəndim və buraya təşkilatçı kimi qatıldım. Forumda gözləntilərim şəbəkələşmə, yeni tanışlıqlar və imkanların yaradılmasıdır.

Bunu Bakıda Azərbaycan Respublikası Gənclər Fondu və Azərbaycanlı Tələbələr və Məzunlar Platformasının (ASAP) birgə keçirdiyi “ASAP Forum 2022”nin tədbirinin təşkilatçılarından biri olan Gülnar Qurbanlı AZƏRTAC-a müsahibəsində bildirib.

O deyib: “Koç Universitetini bitirdikdən sonra gələcəkdə “Erasmus+” proqramı üzrə Niderlanda oxumağı düşünürəm. Magistraturanı isə ABŞ-da oxumağı planlaşdırıram. Magistraturanı qurtardıqdan sonra Azərbaycana qayıdıb, burada işləməyi və yaşamağı istəyirəm”.

Gülnar Qurbanlı qeyd edib ki, iyulun 31-dək davam edəcək forumun keçirilməsində əsas məqsəd gənclərin xaricdə yaşadıqları müddətdə həyata keçirməyi planlaşdırdıqları layihələrin icrasına şərait yaratmaq, azərbaycanlı gənclər tərəfindən idarə olunan nümayəndəliklərin qurulması üçün innovativ həlləri təklif etmək, təmsilçilik və ASAP-ın nümayəndəliklərinin inkişafına dəstək göstərməkdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.