DÜNYA


Gülnara Kərimovaya qarşı yeni cinayət işi açılıb

Daşkənd, 20 avqust AZƏRTAC

Özbəkistanın Baş prokurorluğu ölkənin birinci prezidenti İslam Kərimovun böyük qızı Gülnara Kərimovaya qarşı yeni cinayət işi açıb.

AZƏRTAC Baş prokurorluğun mətbuat xidmətinə istinadla xəbər verir ki, Gülnara Kərimova “Kuvaysement” və “Bekabadsement” zavodlarının səhmlərini çox aşağı qiymətə alıb və sonradan bu səhmləri yüksək qiymətə xarici sahibkarlara satıb, bununla da dövlətə külli miqdarda maddi ziyan vurub.

Xatırladaq ki, 2015-ci ildə Gülnarə Kərimova vergidən yayınmaqda, dələduzluq, soyğunçuluq, gömrük qanunvericiliyinin və iqtisadi hüquqların pozulması, saxta sənədlərin hazırlanması, qanunsuz gəlirlərin rəsmiləşdirilməsi maddələri üzrə ittiham olunaraq beş il müddətinə azadlıqdan məhrum edilib. Ötən ilin yayında isə ev dustaqlığına buraxılıb. Bu günlərdə Daşkənddə ev dustaqlığından yenidən ümumi rejimli həbsxanaya köçürülüb.

G.Kərimovanın Özbəkistana vurduğu zərər 2 milyard dollar həcmindədir. Bu günə qədər Özbəkistan onun 12 ölkədə, o cümlədən Rusiyada olan 1,5 milyard dollar həcmindəki aktivlərinə həbs qoyub.

Gülnara Kərimova indiyədək Özbəkistana cəmi 32 milyon dollar qaytarıb.

Qulu Kəngərli

AZƏRTAC-ın xüsusi müxbiri

Daşkənd

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.