MƏDƏNİYYƏT


Gülnarə Xəlilovanın “İpək sərvəti” kolleksiyası Qazaxıstanda təqdim olunacaq

Bakı, 28 sentyabr, AZƏRTAC

Azərbaycan Milli Geyim Mərkəzinin rəhbəri, sənətşünaslıq üzrə fəlsəfə doktoru, modelyer – dizayner Gülnarə Xəlilovanın kəlağayıdan yaratdığı “İpək sərvəti” geyim kolleksiyası Qazaxıstanda “Aspara Fashion Week” beynəlxalq layihəsinin onuncu mövsümü çərçivəsində təqdim olunacaq.

AZƏRTAC xəbər verir ki, “İpək sərvəti" layihəsi "Azerbaijan kelagayi" Milli Brendi ilə birgə reallaşdırılıb.

Dəfilə Taraz şəhərinin "Көне Taraz” etnomədəni kompleksinin “Şahristan” sərgi pavilyonunda baş tutacaq. 2017-ci ildə dünyanın nüfuzlu geyim dizaynerlərindən biri olan Aydarxan Kaliyev tərəfindən yaradılmış "Aspara Fashion Week" bu il "Mədəniyyətlərin dialoqu" devizi altında keçiriləcək. Moda Həftəsi oktyabrın 1 – dən 4-dək "Taraz-sənətkarlar şəhəri" Beynəlxalq sənətkarlıq sərgisi çərçivəsində təqdim olunacaq. Ekspozisiyada, həmçinin “Cizgi by Gulnara Khalilova”dan araxçınlar, ipək yaylıqlar və libaslar təqdim olunacaq.

“Aspara Fashion Week” onuncu mövsümünün keçirilməsində məqsəd milli dəyərlərin müqayisəsi və digər xalqların dəyərlərinə hörmətlə və qayğıkeş münasibətidir, etnomədəni birgə yaşayışın mümkünlüyü yaradılması ilə bağlı mədəniyyət dialoqunun atmosferini yaratmaqdır", - deyə Gülnarə Xəlilova qeyd edib.

Qeyd edək ki, bundan əvvəl Gülnarə Xəlilovanın kolleksiyaları ABŞ, Böyük Britaniya, İsveç, Avstriya, Rumıniya, Türkiyə, Rusiya, Çin, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Bolqarıstan, Norveç və digər ölkələrdə keçirilən moda həftələrində və beynəlxalq tədbirlərdə uğurla nümayiş etdirilib.

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.