MƏDƏNİYYƏT


Gülnarə Xəlilovanın “Qarabağ Azərbaycandır!” kolleksiyası beynəlxalq moda sərgisində VİDEO

Bakı, 8 sentyabr, AZƏRTAC

Dördüncü Stokholm Beynəlxalq Moda Sərgisində (Stockholm International Fashion Fair) Azərbaycan Milli Geyim Mərkəzinin rəhbəri, sənətşünaslıq üzrə fəlsəfə doktoru Gülnarə Xəlilovanın “Qarabağ Azərbaycandır!” kolleksiyası videoformatda təqdim edilib.

AZƏRTAC xəbər verir ki, təqdimatdan əvvəl Gülnarə Xəlilova qonaqları salamlayaraq kolleksiyanın Azərbaycanın Vətən müharibəsindəki qələbəsi şərəfinə yaradıldığını söyləyib. Onun sözlərinə görə, kolleksiyadakı hər bir obraz azad edilmiş Azərbaycanın azad edilmiş şəhərlərinə həsr olunub.

Xatırladırıq ki, bundan əvvəl Gülnarə Xəlilovanın kolleksiyaları moda həftələrində və beynəlxalq tədbirlərdə Türkiyə, Rusiya, Çin, Avstriya, Rumıniya, Böyük Britaniya, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, ABŞ, Bolqarıstan və digər ölkələrdə uğurla təqdim olunmuşdu.

Qeyd edək ki, moda sərgisi çərçivəsində İsveç Milli Muzeyində və “Volvo Studio Stockholm”da ABŞ, İsveç, Serbiya, İspaniya, İtaliya, Tunis, BƏƏ, Mərakeş, Qazaxıstan, Küveyt, Argentina, Bruney, Kamboca, İndoneziya, Malayziya, Myanma, Laos, Filippin, Sinqapur, Tayland, Çin, Vyetnam və digər ölkələr dizaynerlərinin kolleksiyaları təqdim olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.