CƏMİYYƏT


Gülşad Məmmədova: Axşam saatlarından başlayaraq şimal-qərb küləyi tədricən zəifləyəcək

Bakı, 5 may, AZƏRTAC

Mayın 5-i gecə saatlarından başlayaraq ölkə ərazisində hava şəraitinin kəskin dəyişməsi müşahidə olunur. Gün ərzində Bakıda və Abşeron yarımadasında güclü şimal-qərb küləyi davam edəcək. Küləyin maksimal sürəti arabir saniyədə 30-35 metrə çatacaq. Axşam saatlarından başlayaraq küləyin tədricən zəifləyəcəyi gözlənilir. Mayın 6-da səhər saatlarında mülayim cənub küləyi ilə əvəzlənəcək.

AZƏRTAC xəbər verir ki, bu barədə Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova məlumat verib.

O, bildirib ki, gün ərzində Azərbaycanın bölgələrində də qeyri-sabit hava, yağıntılı hava şəraiti davam edəcək: “Bəzi yerlərdə şimşək çaxacaq, arabir yağış yağacaq. Ayrı-ayrı yerlərdə yağıntının intensiv və güclü olacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə isə qar yağacağı ehtimal olunur. Mayın 6-da səhər saatlarından başlayaraq yağıntının tədricən kəsiləcəyi, gündüz havanın əsasən yağmursuz keçəcəyi proqnozlaşdırılır”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.